Karabin Mono - Okaber

Okaber

专辑:《Mono》

更新时间:2025-07-10 03:58:22

文件格式:mp3


Karabin Mono - Okaber 歌词

Hamı kiminçünsə xilaskardır...

Ya mən lal olmuşam, ya da qulağım bir az kardır

Ürəyimin yaralarına əllərinlə toxun

Gözlərimi görmək üçün yuxarı qaldır bir az kadrı

Əmələ gəlmir hərdən...

Nə qədər yazasan müharibədən, mərmilərdən

Soyuq tərdən sonra baş verən paranoyadan

Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy, adam (sus)

Günlərim artıq maraqsız və daha sakit

Artıq alışıb yanan ocağı söndürmüşəm

Mənə ölüm hökmüdə azdır, cənab hakim

Mən sevgi və bütün hissləri öldürmüşəm

Fikirlər qarma-qarışıq

Arasında ümidsizlik və karma yarışır

Biz axı deyildik əsl adam

Tüstüyə qarışan hönkürtülər əks-səda

Bu ya fraqment, qısa metrajlı kino

Ya da hər mübarizənin sonunda bitir yol

Həyat yerə çırpar, bəlkə də qaldırar səni

Son sözünü deyə bilməsən, yandırar səni

Qorxulu yuxulardan ayılmadım

Hər dəfə oyananda isə adını sayıqladım

Bəlkə də çoxdan ölmüşəm, amma sağ kimiyəm

Mən indi soyuq, əlçatmaz dağ kimiyəm

Sən hökmü oxu, qorxutmağa çalışma lakin

Bil ki, bozqurd ölümdən qorxmur, cənab hakim!